AZ

Pakistan və Hindistan gərginliyi - ABŞ-dan açıqlama

ABŞ Dövlət Departamenti Cammu və Kəşmirdəki terror aktı ilə əlaqədar Pakistan və Hindistan arasında "gərginliyi artırmamağa" çağırıb.

XəzərNews.az xəbər verir ki, bu barədə sözçü Tammi Bruce açıqlama verib.

Pakistan və Hindistan arasında baş verən hadisələri izlədiklərini ifadə edən Bruce, "səlahiyyətliləri məsuliyyətli bir həll üçün birlikdə işləməyə təşviq edirik" deyib.

O, ABŞ dövlət katibi Marko Rubionun hər iki ölkənin xarici işlər nazirləri ilə görüşəcəyi barədə məlumat verib.

Xəbər 423 dəfə oxunub.
Seçilən
0
xezernews.az

1Mənbələr