Çin Avropa İttifaqı (Aİ) ilə Çin arasında parlament dialoqunun bərpasına zəmin yaradaraq, Avropa Parlamentinin (AP) beş üzvünə qarşı sanksiyaları ləğv etmək qərarına gəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa Parlamentinin bəyanatında deyilir.
Məlumata görə, aprelin 30-da Avropa Parlamentinin sədri Roberta Metsola müvafiq qərarla bağlı parlament qrup sədrlərini məlumatlandırıb.
ABŞ aprelin ortalarında Çinə məxsus neft emalı zavoduna, eləcə də İran neftinin Çinə tədarükünü asanlaşdıran bir neçə şirkət və gəmiyə qarşı yeni sanksiyalar elan edib. Dövlət Departamenti həmçinin bildirib ki, yeni məhdudiyyətlər Çinə neft tədarük edən çoxlu sayda İran şirkətləri və gəmilərinə təsir edəcək.