Bu gün II Liqada 23-cü tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, üçüncü oyun günündə 4 matç keçirilib.
"Göygöl" evdə "Qusar"a uduzub. "Haypers Quba" doğma publika önündə "Dinamo"ya üstün gəlib.
"Şimal" Lənkəranda "Lerik"in qonağı olub və 3 xal qazanıb. "Şəmkir" isə "Araz-Saatlı" ilə üz-üzə gəlib.
“Göygöl” – “Qusar” 0:1
Qol: F.Ağalarov, 67
Hakimlər: İslam Məmmədov, Elman Kərimov, Ruslan Babayev, Rəsul Babayev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Mahal Məmmədov
Göygöl OİK stadionu
“Hypers Guba” – “Dinamo” 4:3
Qollar: İ.İbrahimli, 30; Ə.Məmmədli, 41 - avtoqol; R.Qurbanov, 53; C.İmamverdiyev, 90 – Ə.Məmmədli, 43; Ş.Əliyev, 74; S.Hüseynli, 90+3
Hakimlər: Kamranbəy Rəhimov, Tərlan Talıbzadə, Zakir Şükürzadə, Mahmud Bağırzadə
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Quba OİK stadionu
“Lerik” – “Şimal”2:4
Qollar: Z.Nuruzadə, 37 - pen; R.Quluzadə, 56 – E.Yəhyabəyov, 1; P.Seyidov, 29; T.Cəlilov, 70; P.Seyidov, 90+4
Hakimlər: Rövşən Rəcəbov, Rasim Axundov, Hüseyn Əsgərov, Nəriman Ağayev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Lənkəran OİK stadionu
“Şəmkir” – “Araz Saatlı” 2:0
Qollar: A.Tağıyev, 21; V.Cəfərov, 79
Qırmızı vərəqə: R.Qasımov, 71 ("Araz Saatlı")
Hakimlər: Nazim Abdullayev, Sənan Atayev, Orxan İbişov, Səbuhi Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Azər Əsgərov
Şəmkir OİK stadionu