AZ

“Prezident Kuboku-2025" turnirində növbəti yarışlar keçiriləcək

MİNGƏÇEVİR, 1 may. TELEQRAF

Ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş "Prezident Kuboku-2025" beynəlxalq reqatasında bu gün növbəti yarışlar keçiriləcək.

Teleqraf xəbər verir ki, idmançılar turnirin ikinci günündə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar.

Aprelin 30-da Suqovuşan su anbarında başlayan yarışın ilk günündə Azərbaycan avarçəkənləri Amil Ramazanov, Əlimurad Hacızadə və Mustafa Vəlizadə bürünc medal qazanıblar.

Qeyd edək ki, "Prezident Kuboku-2025" turnirinə mayın 2-də yekun vurulacaq.

Seçilən
0
teleqraf.com

1Mənbələr