İsrail hökuməti ölkədə yaşanan meşə yanğınları ilə mübarizədə bir sıra Avropa ölkələrindən yardım istəyib.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
“İsrail yanğının söndürülməsində beynəlxalq yardımın göstərilməsi ilə bağlı təcili sorğu göndərib. Sorğu azı beş ölkəyə, o cümlədən, Kipr, Yunanıstan, Xorvatiya, Bolqarıstan və İtaliyaya göndərilib”, - məlumatda qeyd olunub.
Məlumata görə, meşə yanğınlarının söndürülməsinə 10 təyyarə və 119 yanğınsöndürmə briqadası cəlb olunsa da, təbii fəlakətin öhdəsindən gəlmək üçün insan resursu kifayət etmir. Meşə yanğınları İsraildə keçən ekstrimal isti hava şəraiti ilə əlaqələndirilir.