Demokrat.az xəbər verie ki, yanğınlar səbəbilə bəzi yaşayış məntəqələri boşaldılıb və Qüdslə Təl-Əvivi birləşdirən əsas yol nəqliyyatın hərəkətinə bağlanıb.
Televiziya görüntülərində alovların magistral yolun kənarında yüksəldiyi və insanların maşınlarını ataraq qaçdığı görünür.
İsrail polisi 3 yaşayış məntəqəsinin boşaldıldığını açıqlayıb. Bildirilib ki, yanğının yayılmasının qiymətləndirilməsi nəticəsində bölgə komandiri digər yaşayış məntəqələrinin boşaldılması ilə bağlı hazırlıq görülməsinə göstəriş verib.
Ordunun axtarış-xilasetmə bölmələri və hava qüvvələri qrupları Qüds təpələri bölgəsində yanğınsöndürmə və evakuasiya işlərində iştirak edirlər.
Əfsanə Kamal
Demokrat.az