AZ

Ermənistanla Kiriyenko məşğul olacaq

AzVision.az xəbər verir ki, mənbələrə istionad edən “Vedomosti” nəşrinin yaydığı məlumata görə, bu sahə ilə məşğul olmaq Rusiya prezidenti administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkoya və onun tabeliyindəki idarələrin əməkdaşlarına həvalə edilib.

“Ermənistan rəhbərliyi getdikcə daha çox Qərbə doğru sürüklənir ki, bu da Rusiyanın dövlət siyasəti baxımından qəbuledilməzdir. Kiriyenkonun Ermənistanda Kiriyenkonun qarşısında duranproblem Rusiyanın maraqlarının təminatı üçün yumşaq gücdən istifadə etməkdir. Artıq informasiya işlərinə başlanılıb və seçkilərə yaxın yeni vəzifələr qarşıya qoyulacaq”,- xəbərdə vurğulanır.

Moskvanın yeni “Ermənistan layihəsi”
Mənbələrdən birinin dediyinə görə, hazırda Ermənistanda əvvəlkilərdən – Serj Sarkisyan və Robert Köçəryandan başqa rusiyayönlü siyasətçi yoxdur, ona görə də orada“Rusiyanın sözünü deyən yoxdur”.Onun fikrincə, indiki baş nazir Nikol Paşinyan yenidən seçkilərdə qalib gələcək, lakin indi məsələ seçkilərdə yox, Rusiyanın Ermənistanda mövcudluğundan gedir.

“Vedomosti” qəzetinin mənbələrinin məlumatına görə, Kiriyenkonun rəhbərliyi altında Ermənistanla bağlı məsələlərə Rusiya prezidenti administrasiyasınındaxili siyasət idarəsi (rəhbəri Andrey Yarin), sosial proseslərin monitorinqi və təhlili şöbəsi (Aleksandr Xariçev) və ictimai layihələr şöbəsi (Sergey Novikov) üçün cavabdeh olacaqlar.

Xatırladaq ki, bir neçə gün əvvəl “Hraparak” qəzeti Rusiya hakimiyyətinin Ermənistanın daxili siyasi həyatında irəli çəkmək üçün namizəd axtardığını yazmışdı.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
0
azvision.az

1Mənbələr