AZ

Tramp: 100 gündə ABŞ-yə 8 trilyon dollar investisiya cəlb edilib...

ABŞ prezidenti Donald Tramp prezidentlik müddətinin ilk 100 günündə ölkəyə 8 trilyon dollar səviyyəsində investisiya yatıra bildiyini bildirib...

Poliqon xəbər verir ki, Tramp bu barədə Ağ Evdə ABŞ iqtisadiyyatının inkişafına həsr olunmuş iclasda bildirib. Prezidentin sözlərinə görə, bu rəqəm Co Baydenin bütün 4 il ərzində ABŞ-yə cəlb etdiyi investisiyadan 8 dəfə çoxdur.

“Bu otaqda olan şirkətlər ümumi olaraq 2 trilyon dollar sərmayə elan etdilər və biz ümumilikdə 8 trilyon dollara yaxınıq” deyən Tramp, ABŞ-yə sərmayənin növbəti iki ayda 8 trilyon dolları keçəcəyini qeyd edib.

Qeyd edək ki, Donald Tramp ABŞ-nin idxalına kütləvi rüsumlar tətbiq etdikdən sonra xarici iş adamlarını Amerikaya sərmayə qoymağa və “əvvəlkilərdən daha zəngin” olmağa çağırıb və əlavə edib ki, xarici mallara tariflərin tətbiqi ilə bağlını kursunu dəyişməyəcək.

Poliqon.info

Seçilən
0
1
poliqon.info

2Mənbələr