İrana qarşı istənilən hücum barıt çəlləyini işə salmaq kimi olacaq və regionu partladacaq.
Publika.az xəbər verir ki, bunu İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf deyib.
O, bunu İsrailin baş naziri Binyamin Netanyahunun son açıqlamalarını şərh edərkən bildirib.
“Bölgədəki bütün Amerika bazaları İranın cavab zərbəsi ilə hədəfə alınacaq”, - Qalibaf vurğulayıb.
Xatırladaq ki, Netanyahu bəyan etmişdi ki, İranın bütün nüvə infrastrukturunu məhv etmək və zənginləşdirilmiş uranını ələ keçirmək lazımdır.