AZ

ABŞ və Ukrayna qalmaqallı sənədi imzaladı

Vaşinqton və Kiyev ABŞ-ın Ukraynanın mineral ehtiyatlarına çıxış əldə etməsi ilə bağlı saziş imzalayıb.

Heftelik.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.

Məlumata görə saziş ABŞ-a Ukraynanın təbii ehtiyatlarının, o cümlədən alüminium, qrafit, neft və təbii qazın işlənməsi üçün yeni investisiya layihələrinə imtiyazlı çıxış imkanı verəcək.

Məlumatda bildirilib ki, Ukrayna və ABŞ rəsmiləri mətn üzərində həftələrlə müzakirə apardıqdan sonra bu həftənin əvvəlində ukraynalı nümayəndə heyəti yekun detalları dəqiqləşdirmək üçün Vaşinqtona səfər edib.

Hər iki tərəf əsas mətn üzərində razılığa gəliblər. Lakin ayrı-ayrı mətnlərdə yazılmış texniki detallar yenidən müzakirə olunub.

Ukraynanın baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenko ABŞ-la birgə investisiya fondunun yaradılmasını nəzərdə tutan faydalı qazıntılara dair sazişin imzalandığını təsdiqləyib.  Yuliya Sviridenko bu haqda “Facebook” hesabında paylaşım edib. Sazişə əsasən, Ukrayna yeni icarə haqqı və yeni sahələrdə faydalı qazıntıların çıxarılması üçün yeni lisenziyalardan əldə olunan bütün gəlirin 50%-ni bu fonda verəcək. ABŞ və Ukrayna fondun idarə olunmasında bərabər səsə sahib olacaqlar.

Seçilən
0
4
heftelik.az

5Mənbələr