AZ

Ronaldulu “Əl-Nəsr” Çempionlar Liqasında finala yüksələ bilmədi

Kriştiano Ronaldunun formasını geyindiyi “Əl-Nəsr” Asiya Çempionlar Liqasında finala yüksələ bilməyib.

Msport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu yarımfinalda Yaponiya təmsilçisi “Kavasaki”yə məğlub olub.

Qarşılaşma yaponların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Matçı əvəzedilmədən keçirən portuqaliyalı superulduz fərqlənə bilməyib.

Beləliklə, “Kavasaki” finalda Səudiyyə Ərəbistanının digər komandası “Əl-Əhli” ilə qarşılaşacaq. Görüş mayın 3-də Ciddədə keçiriləcək.

Seçilən
0
msport.az

1Mənbələr