AZ

Müdafiə nazirinin sosial media hesabı bloklanıb

Müdafiə

Pakistanın Müdafiə naziri Xavaca Məhəmməd Asifin “X” sosial media hesabı Cammu və Kəşmirin Pahalqam rayonunda törədilən terror aktından sonra Hindistan hökuməti tərəfindən bloklanıb.

Reyting.az
xəbər verir ki, Hindistan hökuməti Davn və Geo Nevs daxil olmaqla Pakistanın 16 aparıcı media təşkilatının YouTube kanallarına girişi bağlayıb.

Digər tərəfdən, Hindistanda yaşayan onlarla Pakistan vətəndaşı Yeni Dehli hökumətinin tələbi ilə ölkələrinə qayıtmağa davam edir.

Cammu və Kəşmirdəki terror hücumundan sonra Hindistan hökuməti Pakistan vətəndaşları üçün viza xidmətlərinin dayandırıldığını və əvvəllər verilmiş bütün vizaların ləğv edildiyini açıqlayıb. Pakistan da Hindistan vətəndaşlarına verilən bütün vizaların dayandırıldığını elan edib.

V. QULİYEV
Seçilən
0
reyting.az

1Mənbələr