I Liqada mübarizə aparan "Qəbələ" klubunun məşqçisi Ramin Nəsibov diskvalifikasiya edilib. 

Offsideplus.az xəbər verir ki, buna I Liqanın XXIII turunda “Qəbələ” ilə görüşdə çalışdırıcının hakimin qərarına etiraz edərək birbaşa qırmızı vərəqə alması səbəb olub.

AFFA İntizam Komitəsi R.Nəsibovu 1-i şərti olmaqla, 2 oyun cəzalandırıb. Üstəlik məşqçinin bu hərəkətinə görə MOİK klubu 150 manat cərimələnib.

"Qəbələ"nin 1:0 hesablı qələbə sayəsində çempionluğu rəsmiləşdirdiyi matçla bağlı daha 4 neqativ hal qeydə alınıb.

Belə ki, oyununun 90+7-ci dəqiqəsində “Qəbələ”nin azarkeşləri pirotexniki vasitədən istifadə ediblər. Bu, kluba 150 manata başa gəlib.

Həmçinin “Qəbələ” qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxslər daxil olmasına görə 80 manat cərimə ödəməlidir.

Üstəlik, hər iki komandanın heyətində 4 futbolçunun sarı vərəqə alması 70 manat cərimənin kəsilməsi deməkdir.

Beləliklə, İntizam Komitəsi "Qəbələ"ni ümumilikdə 300 manat, MOİK-i isə 220 manat cərimələyib.