"Bayer" cari mövsümün sonunda komandadan ayrılması gözlənilən Xabi Alonsonun yerinə arayışlara başlayıb.

Offsideplus.az xəbər verir ki, "Mançester Yunayted" sabiq baş məşqçisi Erik ten Haq bu post üçün ciddi namizədlərdən biridir.

Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Leverkuzen klubu hazırda X. Alonsonun yekun qərarını gözləyir.

Ten Haq ötən ilin oktyabrında "qırmızı şeytanlar"dan ayrılıb. O, "mankunianlar"la 2 dəfə kubok qazanmağı bacarıb.