AZ

Maduro bəşəriyyətin faşizm üzərində qələbə gününü elan edib

Venesuela prezidenti Nikolas Maduro Reyxstaq üzərində Qələbə bayrağının qaldırıldığı aprelin 30-nu Bəşəriyyətin Faşizm üzərində Qələbə Günü elan edib...

Poliqon xəbər verir ki, bu barədə dövlət başçısı “Venezolana de Televisión” telekanalının efirində bildirib.

“1945-ci ildə, indiki kimi bir günündə Sovet İttifaqının Qırmızı Ordusu Berlinə daxil oldu, Hitlerə qalib gəldi və Reyxstaqın üzərində Sovet İttifaqının bayrağını qaldırdı”, deyə Maduro müraciətində bildirib.

Maduro xatırladıb ki, aprelin 30-da Reyxstaqda Qələbə Bayrağı qaldırılıb və sonra həmin bayraq “bəşəriyyətin Hitler və faşizm üzərində qələbəsinin əfsanəvi simvoluna” çevrilib.

Poliqon.info

Seçilən
0
poliqon.info

1Mənbələr