"Sabah"ın əvəzedicilərdən ibarət komandasının üzvü Stefen Ende AFFA İntizam Komitəsi tərəfindən sərt cəzalandırılıb.
Offsideplus.az xəbər verir ki, buna nigeriyalı futbolçunun Əvəzedicilər liqasının XXXII turunda “Qarabağ-2”yə qarşı görüşdə (1:2) hakimi təhqir etməsi səbəb olub.
Oyun bitdikdən sonra hakimi söyən 18 yaşlı hücumçu qırmızı vərəqə alıb. Bu hərəkətinə görə o, 4 oyunluq diskvalifikasiya olunub, “Sabah-2” komandası isə 300 manat cərimələnib.
Qeyd edək ki, Stefen Ende "Sabah"ıın heyətində Gənclər Liqasında da çıxış edir. İstedadlı legioner 29 oyunda 32 qol vurub.