Markus Reşfordun son vəziyyəti ilə bağlı məlumat yayılıb.
"Football-plus.az" xəbər verir ki, “Aston Villa”nın yarımmüdafiəçisi bud nahiyəsindən zədə alıb. Komandanın baş məşqçisi Unay Emeri 27 yaşlı oyunçunun mövsümün qalan hissəsində meydana çıxa bilməyəcəyini deyib.
“Aston Villa” Markusu fevral ayında “Mançester Yunayted”dən icarəyə götürüb. O, birmingemlilərin heyətində 17 oyunda meydana çıxıb və 10 qol vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta