Mövsüm sona yaxınlaşdıqca "Qızıl top"u kimin qazanacağı mübahisələri artır.

Offsideplus.az xəbər verir ki, hazırda bu mükafatı udmağa əsas namizədlər "Barselona" futbolçularıdır. Bukmeker kontorlarına görə qazanmağa əsas namizəd Rafinyadır. 2-ci yerdə Lamin Yamal, 3-cü yerdə isə Pedri gedir.

"Barselona" cari mövsümdə artıq 2 kubok qazanıb. La Liqada isə "Real"ın 4 xal önündə liderdir. Katalon klubu Çempionlar Liqasının yarımfinalında isə "İnter"lə üz-üzə gələcək.