“Real Madrid” Xabi Alonso ilə razılığa gəlib. Metbuat.az xəbər verir ki, bununla belə Karlo Ançelotti uğur qazanacağı təqdirdə klubda qala bilər. AS qəzetinin xəbərinə görə, Ançelotti İspaniya çempionu ola bilməsə klubdan göndəriləcək. Məlumata görə, Xabi Alonso “Bayer Leverkuzen”in yeni müqavilə təklifini rədd edib və “Real”la razılıq əldə edib. Bildirilib ki, "Real Madrid" prezidenti Florentino Peres Xabi Alonsoya güvənir və onun ulduzları idarə etmək bacarığına inanır. Məlumata görə, Karlo Ançelotti istefaya göndərilərsə, Alonso klublar arasında keçiriləcək dünya çempionatından sonra kluba rəhbərlik edəcək. Klublar arası dünya çempionatında isə “Real”a müvəqqəti məşçqi gətiriləcək.