Braziliya Futbol Konfederasiyası Karlo Ançelotti ilə razılığa gəlməyib.

Offsideplus.az xəbər verir ki, "pentakampeonlar" onun yerinə Jorje Jesusu gətirməyi planlaşdırır.

Bu barədə "Globo Esporte" məlumat yayıb.

J. Jesus hazırda Səudiyyə Ərəbistan klubu "Əl-Hilal"ı çalışdırır. Portuqaliyalı mütəxəssis daha öncə Braziliyada işləyib. O, "Flamenqo" klubu ilə Libertadores kubokunu qazanıb.