"Əl-Hilal" klubu baş məşqçi postuna Karlo Ançelottini gətirməyi planlaşdırır.
Offsideplus.az xəbər verir ki, Səudiyyə Ərəbistan klubu italiyalı mütəxəssisə 3 illik müqavilə və ilinə 50 milyon avro məvacib təklif edib.
Bu barədə "Relevo" portalı məlumat verib.
Hazırda "Əl-Hilal"ı Jorje Jesus çalışdırır. Jesusun Braziliya yığmasına gedəcəyi gözlənilir.
Ançelotti təklifi qəbul etsə, bu postda portuqaliyalı mütəxəssisi əvəz edəcək.