70-dən çox ABŞ qanunvericisi Rusiyaya qarşı “sarsıdıcı sanksiyalar”ın tətbiqini dəstəkləyir...
Poliqon Bloomberg Agentliyinə istinadən xəbər verir ki, bunu amerikalı senator Lindsi Qrem deyib.
“Prezident Donald Trampın ABŞ Senatındakı əsas müttəfiqlərindən biri bildirib ki, onun 72 həmkarı Rusiyaya qarşı “dağıdıcı” yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini dəstəkləyib”, deyə nəşr yazır.
Bundan əlavə, Bloomberg-in qeyd edir ki, ABŞ Rusiyadan neft, qaz və digər “əsas məhsulları” alan ölkələri tariflərlə hədələyə bilər.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov CBS telekanalına müsahibəsində Amerikanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ləğvi ilə bağlı heç bir təklifin olmadığını bildirib.
Nazirin sözlərinə görə, o, mediada yayılan məlumatlara münasibət bildirə bilmir, çünki bu, “ciddi deyil”.
Poliqon.info