Ağcabədidə baş verən ağır qəzada həlak olan iki leytenantın fotosu yayılıb.
Oxu.Az hərbçilərin şəkillərini təqdim edir:
Qeyd edək ki, hərbçilərin hər ikisi Azərbaycan Quru Qoşunlarında xidmət ediblər.
Onlar ötən ilin məzunları olublar.
Ağcabədidə ölümlə nəticələnən qəza baş verib.
Editor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hərəkətdə olan VAZ-2106 markalı 10-CM-225 dövlət qeydiyyat nişanlı avtomobil traktorla toqquşub.
Nəticədə minik avtomobilinin sürücüsü və sərnişini, Salyan rayonunun Qaraçuxur qəsəbə sakini, 2002-ci il təvəllüdlü Şamil Pənah oğlu Əmirəliyev və Qazax rayonunun Qaymaqlı kənd sakini, 2002-ci il təvəllüdlü Vaqif Valeh oğlu Əhmədov hadisə yerində həlak olublar.
Onların hərbçilər olduqları bildirilir.
Faktla bağlı araşdırma aparılır.