AZ

"Sabah" cənub bölgəsindən 45 istedad tapdı

29-30 aprel tarixlərində “Azərlotereya”nın dəstəyi ilə Lənkəran Olimpiya İdman Kompleksində gələcəyin futbol ulduzları üçün seçimlər keçirilib.

Fanat.Az xəbər verir ki, "Sabah" akademiyasının məşqçiləri tərəfindən təşkil olunan seleksiya prosesində 2009–2015-ci il təvəllüdlü 600-ə yaxın uşaq bacarığını nümayiş etdirib. 

Hava şəraiti ilə əlaqədar olaraq seleksiyanın bir hissəsi qapalı meydançada baş tutub.

Seçimlər nəticəsində 45 istedadlı uşaq və yeniyetmə Bakıdakı final mərhələsinə vəsiqə qazanıb.

Seçilən
0
3
fanat.az

4Mənbələr