AZ

Təcrübə və məntiq əsasında reallıqların qurulması




Böyük Partlayış nəzəriyyəsindən sonra insanların davranış qaydalarının elmi cəhətdən izahı elmi əsaslara söykənir. Səbəb-nəticə əlaqəsi, xəyallar və digər amillər bu və ya digər formada elmin sübut etdiyi prinsiplərlə izah olunur və həmçinin Təkamül nəzəriyyəsinə istinad edir.

Yəni, bütün davranış qaydalarının elmi izahı mövcuddur.

Bütün xəstəliklərin yaranma səbəblərinin də elmi isbatı vardır.

Əgər nəticələr müsbətdirsə, bu, təkamülün mövcudluğunu göstərir. Əgər nəticələr mənfidirsə, deməli, çatışmayan amillər və şüursuz addımlar — yəni asılılıq nəzəriyyəsi — üstünlük təşkil edir.
Hər bir nəticəyə görə qiymət vermək belə elmi əsaslandırılmalıdır.

Nəticə məntiqə, təcrübəyə və müşahidəyə əsaslanır. Obyektivlik əsas prinsiplərdən biridir. Bütün bu hesablamalar və arqumentlər nəticəsində qərarlar qəbul olunur.

Bu gün tariximizə, siyasi və iqtisadi keçmişimizə nəzər saldıqda və onu bugünkü vəziyyətlə müqayisə etdikdə görürük ki, kifayət qədər ciddi nəticələr əldə etmişik. Bu nəticələrin hər birinin arxasında elmi biliklərə söykənən xronoloji bir ardıcıllıq mövcuddur.

Məsələn:
* Ordumuzun inkişafı,
* Hərbi strategiyanın formalaşdırılması,
* Beynəlxalq münasibətlərdə diplomatik nailiyyətlərimiz,
* İqtisadi siyasətin uzunmüddətli və davamlı əsaslara söykənməsi.
Eyni zamanda davamlı daynaqlığın təmini, xalqın həmrəyliyi və etimadını qazanıb son olaraq torpaqlarımızın işğaldan azad olunmasına gətirib çıxarmıçdır. Bu artıq bir nəticədir və bunu inkar etmək mümkün deyil
Biz torpaqlarımızı azad edən kimi, regionda reallıqlar, regiona münasibət və eyni zamanda Azərbaycana diplomatik yanaşma dəyişdi. Bütün bu real şəraiti hazırlayan isə bir Lider və onun komandası tərəfindən həyata keçirildi. Baş verən bu reallıqlar nəticə etibarı ilə ölkəmizin nüfuzunu, şəraitin yaratdığı reallıqlara uyğun olaraq, maksimum nəticəyə çatdırdı.

Amma hər şeyi, bütün nəticələri inkar edənlər — xəyallarla yaşayanlar, hər şeyi yuxu yozusu kimi pisə yozan bu məntiqsiz xəyalpərəstlər — özlərinə dönüb baxsınlar, özlərinə sual versinlər:
Biz hansı nəticəni əldə etmişik ki, o nəticə dövlətimizin başçısının siyasi dayaqlarına və maraqlarının möhkəmlənməsinə xidmət edib?

Və yaxud, özləri üçün nə əldə ediblər?

Şəxsi ambisiya xəstəliyinə düçar olmuş bu ambisiyozlar xəyallar aləmində yalnız "xəyal yozmaqla" məşğul olurlar. Əslində, xəyal qurmaq xəstəlik deyil. Amma xəyal ilə reallıq arasındakı sərhədlər itdikdə, bu artıq psixoloji xəstəlik sayılır.

Çünki xəyal — insanın zehni fəaliyyətinin məhsulu olaraq, reallıqda mövcud olmayan obrazlar, hadisələr və istəklər sistemidir.

Bəli, burada reallıq sərhədini mütləq qoruyub saxlamaq lazımdır.
Çünki bu, təsəvvürün məhsuludur. Fəlsəfədə isə xəyal insanın düşüncə azadlığı sayılır — və bu, yalnız sənə aiddir.
Əgər bir insan düşüncə azadlığı ilə reallıq sərhədlərini qarışdırırsa, bu tip insanlar nəyə nail ola bilərlər? Təbii ki, heç nəyə.

Məsələn, vaxt var idi deyirdilər: "Bu hakimiyyət bu torpağı ala bilməz, almaq fikrində də deyil."
Amma belə olmadı. Torpaq alındı.
“Kapitulyasiya aktı imzalandı,” — dedilər. “Biz bu qədər şəhid verdik, bəs niyə? Bu yarımçıq qaldı, ruslar gəldi, işğal elədi.”

Amma bu fikirlər düzgün deyil. Həqiqət göz qabağındadır: bu gün torpaqlarımızda bizim nəzarətimizdən kənar bir nəfər belə burnunu soxa bilmir.
Burada yalanlarla qurulan xəyallar puç oldu.
Bəzi insanlar başqa ölkələrin inkişafından danışır, deyirlər: “Biz niyə o ölkələr kimi inkişaf etmirik?” Halbuki, fərqli ölkələrdə iqtisadi yanaşmalar və nəzəriyyələr tamamilə fərqli şəkildə qurulur.

Çünki:
* İdxal-ixrac balansı,
* Dollardan asılılıq,
* Yerli valyutanın məzənnəsi,
* Dövlətin yoxsa vətəndaşların zənginliyi anlayışı —
bütün bu amillər, tezislər nəzərə alınaraq fərqli üsullarla idarəetmələr tətbiq olunur.
Buna baxmayaraq, yenə də qeyri-obyektiv müqayisələr aparılır.Və ölkə başçımız həmin ölkəyə səfər edir. Oradakı iqtisadi və siyasi siyasətimizin müəyyən çalarları bəlli olduqda, milli maraqlarımızın qorunması görsənən kimi üstün cəhətlərimiz üzə çıxmağa başlayır və həmin ölkəni piləməyə başlanır.

Bax, bu artıq psixoz xəstəliyidir. Və ya özləri üçün xəyal qururlar. “Biz hakimiyyətə gəlirik,” deyirdilər, amma indi artıq bu ifadələri çox işlətmirlər, çünki bilirlər ki, bu mümkün deyil.

Amma əvvəllər çox istifadə edirdilər və seçkilərə iki ay qalmış başlayırdılar xəyal bazarında özlərinə piştaxtalar açmağa. Seçki bitdikdən sonra isə iflasa uğradıqlarını elan edib, başqa xəyallar haqqında düşünməyə başlayırdılar.
Siz nə etmisiniz? Nə nəticə əldə etmisiniz? Bir özünüzdən soruşun, ay, zavallılar...

Dövlətçilik prinsiplərinə sadiqlik və dövlət maraqlarını qorumaq üçün fərqli zamanlarda fərqli qərarlar qəbul oluna bilər. İstər daxildə, istərsə də xarici münasibətlərdə toqquşmalar, kəsişmələr və uzlaşmalar baş verə bilər. Yetər ki, son nəticə dövlətin və millətin maraqları üçün olsun.

Bəli, İlham Əliyev öz siyasi davranışlarında və diplomatik əlaqələrində yalnız bu maraqları prioritet saxlayaraq, ölkəmiz üçün ciddi nəticələr əldə edib

Amma bu şizofren psixozlu, xəyal yozanlar isə nəticəsiz neçə illərdir ki, nəyə görə, nə üçün mübarizə aparırlar, məqsəd və niyyət nədir, bilmirlər.

Bu yazını oxusunlar və mütləq özləri daxilində təsdiq edəcəklər ki, onlar xəyalpərvərlərdir. Reallıqdan elə uzaqlaşıblar ki, daha yaxınlaşmaları mümkün deyil.

Ramil Hüseynov, "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri
Seçilən
0
newscenter.az

1Mənbələr