Aİ ABŞ-a ticarət təklifləri təqdim edəcək
Avropa İttifaqı (Aİ) ticarət danışıqlarına başlamaq üçün gələn həftə öz təkliflərini ABŞ prezidenti Donald Trampın administrasiyasına təqdim etməyi planlaşdırır. Bu barədə Bloomberg yazır.
Agentliyin məlumatına görə, sənəddə “ABŞ-a Avropa investisiyalarının artırılması, ticarət və qeyri-tarif maneələrinin azaldılması, qlobal problemlərin həllində əməkdaşlıq (...), həmçinin mayeləşdirilmiş təbii qaz və texnologiya kimi Amerika mallarının alınması” tədbirləri təklif ediləcək.
Əvvəllər məlum olub ki, Avropa İttifaqının (Aİ) yüksək vəzifəli məmurları Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenin “toksikliyinə” görə ondan yaxa qurtarmaq istəyirlər.
aia.az
Tərcümə şöbəsi