"Barselona" klubunda Lamin Yamal isinmə hərəkətləri zamanı zədələnib.

Offsideplus.az xəbər verir ki, ispaniyalı futbolçu "İnter"ə qarşı Çempionlar Liqasının yarımfinalı üzrə ilk oyunda problem yaşayıb. O. bundan sonra birbaşa paltardəyişmə otağına yollanıb. Buna baxmayaraq, oyuna start heyətdə başlayıb.

Qeyd edək ki, "Barselona" - "İnter" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.