AZ

Bu ət 11 növ xərçəngə səbəb ola bilər – İtalyan alimləri

Bu ət 11 növ xərçəngə səbəb ola bilər –

Uzun illər toyuq əti daha sağlam protein mənbəyi hesab edilsə də, yeni araşdırmalar toyuq ətində gizlənən təhlükələri ortaya çıxarıb.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, araşdırmalarda toyuq ətində rast gəlinən Campylobacter adlı bakteriyaların ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyi və kolon xərçənginin irəliləməsinə səbəb ola biləcəyi müəyyən edilib.

Kampilobakteriya adətən çiy toyuq ətində olur və qida zəhərlənməsinin ən çox yayılmış səbəblərindən biri olduğu bilinir. Ürəkbulanma, ishal və qusma kimi əlamətlərlə özünü göstərən bu bakteriya, əksər hallarda bir neçə gün ərzində öz-özünə sağalsa da, zəif immun sistemi olan şəxslərdə ölümcül ola bilər.

11 növ xərçəngə səbəb ola bilər

İtalyan alimləri tərəfindən aparılan başqa bir araşdırma, müntəzəm olaraq toyuq istehlakının 11 fərqli xərçəng növü, xüsusilə də kolon və mədə xərçəngi riskini iki dəfə artıra biləcəyini ortaya qoydu.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
0
e-saglam.az

1Mənbələr