AZ

Bakıda Birinci Autizm Maarifləndirmə Forumu keçirilib

Bakıda

İDDO Psixi Sağlamlıq Proqramı və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşlığı çərçivəsində Yeni Klinikada I Autizm Maarifləndirmə Forumu keçirilib.Forumda Milli Məclisin deputatları Nigar Məmmədova və Jalə Əliyeva, TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli, İDDO Psixi Sağlamlıq Proqramının baş psixoloqu Rövşən Nəzərli və digər mütəxəssislər iştirak ediblər. Tədbirdə autizmli fərdlərin cəmiyyətə inteqrasiyasının vacibliyi, erkən diaqnostikanın əhəmiyyəti və psixoloji yanaşmanın üstünlükləri müzakirə edilib. Tədbirdə, mövcud pedaqoji yanaşmanın uşaqlarda ilkin diaqnostikanın gecikməsinə səbəb olduğu, psixoloji yanaşmanın isə bu prosesi daha erkən həyata keçirməyə imkan verdiyi vurğulanıb. Yeni yaradılacaq psixoloji yardım mərkəzləri mövcud sistemə müdaxilə etmədən, peşəkar diaqnostika imkanları ilə fəaliyyət göstərəcək. Forumda məqsəd, autizm haqqında maarifləndirməni gücləndirmək və sahədəki yenilikləri geniş auditoriyaya çatdırmaq olub.✍️"Ulusum".az

Diqqət Çəkənlər

Sima Acan – Kanadada seçilmiş ilk türk əsilli deputat oldu

Oliver Stoun: Son üç ildə Qərbdən məyus oldum

Qəzzada Aclıq Səssizcə Öldürür: İcma Mətbəxləri Bağlanmaq Üzrədir - FOTO - VİDEO

Seçilən
0
ulusum.az

1Mənbələr