AZ

İstanbulda məktəblər zəlzələyə görə boşaldıldı



İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra aparılan yoxlamalarda zərər görən 4 məktəb riskli hesab edilərək boşaldılıb.

Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin Təhsil Nazirliyi məlumat yayıb.

Məlumata görə, aprelin 23-də Mərmərə dənizinin Silivri sahillərində baş verən zəlzələdən sonra məktəblərdə yoxlamalar aparıb.

Yoxlamadan sonra Sultanahmet Suphi Paşa Peşə və Texniki Anadolu Liseyi, Fatih Katip Çələbi İbtidai məktəbi, Silivri Qazi İmam Hatip Orta Məktəbi və Üsküdar Xəlil Rüştü İbtidai Məktəbinin uşaq bağçası binasının boşaldılmasına qərar verilib.

Bu gün boşaldılan məktəblər arasında Sultanahmet Suphi Paşa Peşə və Texniki Anadolu Liseyinin əlavə hissəsinin divarlarında çatların olduğu və bəzi yerlərdə suvaqlarının töküldüyü müəyyən edilib.

Təhsilə bağlanan məktəblərin şagirdlərinin rayon milli təhsil müdirlikləri tərəfindən yaxın bölgələrdəki məktəblərə köçürüləcəyi bildirilib.

Anar Əliyev
Seçilən
0
newscenter.az

1Mənbələr