Son dövrlərdə Sumqayıt şəhərində sahibsiz küçə itlərinin sayının sürətlə artması ciddi narahatlıq doğurur. Xüsusilə 27 nömrəli məktəbin yaxınlığında vəziyyət olduqca ciddidir.
Xezerxeber.az-ın məlumatına görə, küçələrdə sürü halında gəzən itlər təkcə azyaşlı uşaqlar üçün deyil, həm də övladlarını məktəbə aparan valideynlər üçün də təhlükə yaradır.
Çoxsaylı şikayətlərə baxmayaraq, problemin həlli istiqamətində konkret addımlar atılmaması, vəziyyəti daha da çətinləşdirir. Elə sözügedən 27 nömrəli məktəbin müəllimləri də vəziyyətin olduqca təhlükəli həddə çatdığını bildirir.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirilib ki, davamlı olaraq sahibsiz itlərin toplanaraq uyğun sığınacaqlara yerləşdirilməsi işləri həyata keçirilir. Eyni zamanda sahibsiz itlərin peyvəndlənməsi işləri aparılır. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq qurumlara bu işlərin daha da intensivləşdirilməsi üçün tapşırıq verilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: