UEFA Çempionlar Liqasında bu gecə daha bir möhtəşəm qarşıdurma baş tutub.
Offsideplus.az xəbər verir ki, yarışın yarımfinal mərhələsinin ilk görüşü çərçivəsində "Barselona" "İnter"i qəbul edib.
Son 3 oyunda məğlubiyyətləri sıralayan "İnter"in qarşısıalınmaz kataloniyalılarla heç-heçəyə razılaşıb.
Barselonadakı "Estadi Olimpic Lluis Companys" stadionunda keçirilən oyun 3:3 hesabı ilə yekunlaşıb.
Xatırladaq ki, dünən gecə yarımfinal mərhələsində baş tutan digər matçda PSJ səfərdə "Arsenal"a 1:0 hesabı ilə qalib gəlib.
Oyunda vurulan qolları təqdim edirik:
"Barselona" - "İnter" 3:3
Qollar: Lamin Yamal, 24. Ferran Torres, 38. Yann Sommer, 65. - öz qapısına - Markus Türam, 1. Denzel Dumfris, 21. 63.