Səbail rayonu, Bayıl qəsəbəsi, Aydın Məmmədov küçəsi 22-24 ünvanında qəzalı vəziyyətdə olan divar sakinlərə problem yaradır.
Xezerxeber.az-ın məlumatına görə, Cavid Mirzəyev bu qəzalı divarın üstündəki fərdi evdə öz ailə üzvləri ilə birlikdə yaşayır. Xanımı isə deyir ki, qəzalı vəziyyətdə olan təkcə divar deyil: bu divarın bitişik olduğu yeddimərtəbəli binanın sakinləri də yuxarıdan tökülən daşlardan təngə gəlib. Onlar deyir ki, hər an uçma təhlükəsi olan divar bir gün kiminsə xəsarət almasına səbəb olacaq.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirdilər ki, sözügedən ünvana bir müddət əvvəl yerində baxış keçirilib. Problemin həlli, eləcə də müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: