AZ

Türkiyədə 4 ayda 12 124 zəlzələ baş verib

2025-ci ildən etibarən Türkiyə və onun yaxın ətraflarında diqqətəlayiq seysmik aktivlik müşahidə olunub.

News24.az xəbər verir ki,  Mərmərə və Ege bölgələrində böyük miqyaslı zəlzələlər qeydə alınıb.

Ardıcıl baş verən zəlzələlərdən sonra, Fövqəladə Hallar və Fövqəladə Halların İdarə Olunması Rəhbərliyi (AFAD) 2025-ci ilin ilk 4 ayında baş vermiş zəlzələlərlə bağlı məlumatları ictimaiyyətlə paylaşıb.

AFAD-ın məlumatına görə, yanvarın 1-dən aprelin 30-u saat 11:30-a qədər Türkiyədə 12 124 zəlzələ baş verib.

Son bir ayda Türkiyə və onun yaxın ətraflarında maqnitudası 0,6-6,2 arasında dəyişən 3279, son bir həftədə isə 1501 zəlzələ baş verib.

İstanbul zəlzələlərindən sonra son bir həftədə baş verən təkanların əksəriyyəti Mərmərə dənizi və Kütahyada baş verib. Bu zəlzələlərin 500-dən çoxu Mərmərə dənizində, 600-dən çoxu isə Kütahyada baş verib.



Seçilən
0
news24.az

1Mənbələr