Bu gün gecə saatlarında Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, faciəvi qəza Balaxanı-Binəqədi yolunda qeydə alınıb.
İlkin məlumata görə, "Mercedes" markalı avtomobil maneəyə çırpılıb və aşıb.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Zərbə nəticəsində avtomobil tamamilə yararsız hala düşüb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Hadisə ilə bağlı daha detallı məlumatlar üçün aidiyyəti qurumlara sorğu verilib.