Ajans.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Sputnik” radiosunun efirində bildirib. "Bu, Almaniya üçün uçuruma aparan yoldur - Böyük Vətən Müharibəsində, İkinci Dünya Müharibəsində Qələbə rəmzlərinə qadağa, İkinci Dünya Müharibəsi, Böyük Vətən Müharibəsi, qəhrəmanların xatirəsini müqəddəs şəkildə qoruyanların iştirakına qadağa...", - diplomat vurğulayıb. O qeyd edib ki, real tarixə qadağa qoyulması, onun mövcud olmayan kvazi tarixin xeyrinə yenidən yazılması Almaniyanın özünü məhv etməsidir. Onun sözlərinə görə, Almaniya başlatdığı bütün dünya müharibələrinin dərslərini təkrarlamalı və bunu gündəlik olaraq hər gün etməli və uşaqlara onlara uyğun öyrətməlidir.