Astana. Trend:
Qazaxıstan Azərbaycan və İrana taxıl tədarükünü əhəmiyyətlidərəcədə artırıb.
Trend xəbər verirki, bu barədə Qazaxıstan Dəmir Yollarının (QDY) mətbuat xidmətiməlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin sentyabr ayından 27 aprel 2025-ciilə qədər olan müddət ərzində Qazaxıstandan yeni məhsul yığımındanolan taxılın ixrac həcmi 7,5 milyon ton təşkil edib ki, bu da2023/2024 kənd təsərrüfatı ilinin analoji müddəti ilə müqayisədə 56faiz çoxdur.
“İrana ixrac həcmi 16 dəfə artaraq 54 min tondan 871 min tona,Azərbaycana isə 111 dəfə artaraq 5 min tondan 557 min tona çatıb”,- deyə QDY-dən bildiriblər.
Həmçinin, qeyd olunur ki, Qazaxıstan taxılının Mərkəzi Asiya vəYaxın Şərq ölkələrinə tədarükü sabit artım dinamikası nümayişetdirir.
Belə ki, Özbəkistana ixracat 29,7 faiz artaraq 2,0 milyon tondan2,7 milyon tona, Tacikistana isə 50 faiz artaraq 718 min tondan 1milyon 76 min tona, Əfqanıstana 33,8 faiz artaraq 201 min tondan269 min tona, Qırğızıstana isə iki dəfə artaraq 88 min tondan 178min tona çatıb.
2024-cü ilin dekabr ayında Qazaxıstan Azərbaycana 101 min tontaxıl ixrac edib ki, bu da əvvəlki aylarla müqayisədə əhəmiyyətliartım deməkdir. 2024-cü il ərzində Azərbaycana göndərilən ümumitaxıl həcmi 210 min ton təşkil edib.