AZ

"Real"a daha bir bəd xəbər: O da mövsümü başa vurdu

"Real"ın La Liqanın 33-cü turunun "Xetafe" ilə oyununda (1:0) zədələnən müdafiəçisi David Alabanın tibbi müayinəsinin nəticələri açıqlanıb.

Publika.az xəbər verir ki, 32 yaşlı avstriyalıya sol dizində menisk yırtığı diaqnozu qoyulub. Buna görə o, mövsümün qalan hissəsini buraxacaq. Bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

Alaba dizindəki çarpaz bağın yırtılması səbəbindən mövsümün çox hissəsini buraxıb. 2024/25 mövsümündə o, bütün yarışlarda “ağ-qaralar”ın heyətində 14 oyunda iştirak edib.

Qeyd edək ki, daha əvvəl "Real"ın digər mərkəz müdafiəçi Antonio Rüdigerin həm əməliyyat olunduğu, həm də İspaniya kubokunun finalındakı hərəkətlərinə görə cəzalandırıldığı üçün mövsümü başa vurduğu məlum olub.

Seçilən
1
publika.az

1Mənbələr