AZ

“Prezident Kuboku-2025” reqatasının açılış mərasimi keçirildi - FOTO

SUQOVUŞAN, 30 aprel. TELEQRAF

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2025” reqatasının açılış mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, Suqovuşanda təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Azərbaycan Avarçəkmə və Kanoe Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev yarış iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana yerli sakinlərə, GİN və AKAF-a qonaqpərvərliyə və yüksək təşkilatçılığa görə təşəkkürünü bildirib.

Gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, əvvəlki illərdən fərqli olaraq, budəfəki reqatada daha çox ölkənin idmançıları iştirak edirlər. O, yarışı rəsmi olaraq açıq elan edib.

Qeyd edək ki, “Prezident Kuboku-2025” beynəlxalq reqatasında 20-dən çox ölkədən 200-dən çox idmançı iştirak edir. Bu gün Suqovuşanda start götürəcək yarış mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.

Seçilən
1
teleqraf.com

1Mənbələr