BAKI. 30 aprel. TELEQRAF
Azərbaycanın tanınmış veteran futbolçuları Gürcüstanın paytaxtı Tbilisiyə yollanıb.
Bu barədə Teleqraf-a səfərdə iştirak edənlərdən biri - Asim Xudiyev məlumat verib.
Onun sözlərinə görə, məqsəd ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə və Gürcüstanın tanınmış futbolçusu Aleksandr Çivadzenin 70 illik yubiley mərasimlərində iştirakdır.
Hər iki tədbirə Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev, olimpiya çempionu İqor Ponomaryov, eləcə də İsgəndər Cavadov, Maşallah Əhmədov və Asif Əliyev də qatılacaq.
Səfər iki gün davam edəcək.