Azərbaycanda tez-tez rast gəlinən bir sıra avtomobil modelləri yavaş-yavaş tarixə çevrilir.
Axar.az Fed.az-a sitinadla xəbər verir ki, ən çox azalma VAZ və "Qaz" markalı avtomobillərdə müşahidə edilir.
Məsələn VAZ-2101, 03-06 markalı avtomobillərin sayı il ərzində 243 ədəd, Vaz-2105, 2107 markaları 73 ədəd, VAZ-2108, 2109 markaları 11 ədəd, VAZ-2102, 2104 markası 7 ədəd azalıb.
Bundan başqa "Qaz-31" markasında illik 130 ədəd, "Qaz-24" markasında 71 ədəd azalma baş verib.
Avto-parkdan tədricən çəkilən digər modellərə "Moskviç", “Zaporojets”, “Tofaş”, "Runna", "Saipa" “Daevoo”, "Uaz", “Tavriya” və “Oka” elə də yaxın ilərdə gətirlən London TX taksiləri də daxildir.
Daha ətraflı aşağıdakı cədvəldə:
S-n | Markalar | 2022 | 2023 | İllik müqayisə ədəd | İllik müqayisə % |
Vaz-2101, 03-06 | 199 552 | 199311 | -241 | -0,12% | |
1 | Qaz-31 və modif, | 20 526 | 20 396 | -130 | -0,64% |
2 | VAZ-2105, 2107 və modif, | 126 624 | 126 551 | -73 | -0,06% |
3 | Qaz-24 və modif, | 26 052 | 25 981 | -71 | -0,27% |
4 | Moskviç və modif, | 24 979 | 24 942 | -37 | -0,15% |
5 | Tofaş | 6 169 | 6 155 | -14 | -0,23% |
6 | Daevoo | 10 792 | 10 778 | -14 | -0,13% |
7 | VAZ-2108, 2109 və modif, | 24 522 | 24 511 | -11 | -0,04% |
8 | Zaporojets və modif, | 6 028 | 6 020 | -8 | -0,13% |
9 | Uaz-469 və modif, | 2 408 | 2 401 | -7 | -0,29% |
10 | VAZ-2102, 2104 və modif, | 14 912 | 14 905 | -7 | -0,05% |
11 | London TX | 1 604 | 1 599 | -5 | -0,31% |
12 | Tavriya | 668 | 665 | -3 | -0,45% |
13 | Runna | 557 | 556 | -1 | -0,18% |
14 | Oka-1111 | 2 061 | 2060 | -1 | -0,05% |
15 | Saipa | 2 739 | 2738 | -1 | -0,04% |