AZ

Suqovuşanda "Prezident Kuboku-2025" beynəlxalq turnirinin açılış mərasimi keçirilib

Akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2025" beynəlxalq turnirinin açılış mərasimi keçirilib.

"Report"un bölgəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbir Suqovuşanda gerçkəkləşib.

Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov, millət vəkili Elman Nəsirov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) prezidenti Vüqar Əhmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Azərbaycanın Dövlət Himni səsləndiriləndən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ardınca açılış söz Fərhad Əliyeva verilib.
Yarış iştirakçılarını və qonaqları salamlayan AKAF-ın baş katibi yarışın açılış mərasiminin Suqovuşanda keçirilməsinin sevindirici hal olduğunu söyləyib.

Daha sonra çıxış edən Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana bu cür mötəbər turnirin Azərbaycanda keçirilməsinin önəmindən danışıb. O, yarışda güclülərin qalib gələcəyinə əminliyini vurğulayıb.

Yarışı açıq elan edən Fərid Qayıbov qonaqları salamlayıb və iştirakçılara uğurlar arzulayıb.

Qeyd edək ki, yarış mayın 2-də başa çatacaq.

Seçilən
1
report.az

1Mənbələr