AZ

Zeedorf “Qızıl top” mükafatını tənqid etdi

“Real”, “Milan” və Niderland millisinin keçmiş yarımmüdafiəçisi Klarens Zeedorf nüfuzlu “Qızıl top” mükafatı haqqında mənfi fikirlər səsləndirib.

Msport.az xəbər verir ki, veteran yarımmüdafiəçi bunu futbolçular üçün göstərici hesab etmədiyini bildirib:

“Qızıl top niyə bu qədər önəmlidir? Düşünmürəm ki, bu, etalon və ya nəyin göstəricisidir. Bəlkə də əvvəllər belə idi. Yalnız məşqçilər və futbolçular səs verəndə, hardasa mənası olurdu. Düzdür, bəzən onlar da ən yaxşını seçmir, öz komanda yoldaşlarına və ya məşqçilərə jest edirdilər. Ümumiyyətlə, düşünürəm ki, hər bir xətt üzrə oyunçu ayrıca seçilməlidir: qapıçı, müdafiəçi, yarımmüdafiəçi, sonda isə hücumçu. Hər şeyin bu istiqamətdə getməsinə üstünlük verərdim”.

Xatırladaq ki, 2023/2024 mövsümü üçün “Qızıl top”un qalibi “Mançester Siti”nin ispaniyalı yarımmüdafiəçisi Rodri olub.

Seçilən
0
msport.az

1Mənbələr