AZ

Alimlər Yer kürəsində həyatın son tarixini açıqlayıblar

NASA və Toho Universitetinin (Yaponiya) mütəxəssisləri təxminən bir milyard ildən sonra Yer kürəsində həyatın yox olacağını hesablayıblar...

Poliqon xəbər verir ki. Yer planetində həyatın sona çatmasına səbəb Günəşin parlaqlığının və temperaturunun tədricən artmasıdır. Zamanla bu, okeanların buxarlanmasına və atmosferin məhvinə gətirib çıxaracaq ki, bu da planeti yaşayış üçün yararsız hala salacaq.

Alimlər hesab edirlər ki, Günəşdən gələn təhlükələr artıq hiss olunur.

Belə ki, 2024-cü ilin may ayında son 20 ilin ən güclü günəş fırtınası baş verib. Günəş səthində baş verən partlayış rabitə və elektrik şəbəkələrini pozan geomaqnit qasırğalarına səbəb olub.

Alimlərin fikrincə bu cür hadisələr atmosferin tərkibinə və oksigen səviyyəsinə təsir göstərə bilər.

Bəşəriyyətin sağ qalmasını təmin etmək üçün alimlər hazırda iki yolu nəzərdən keçirirlər: süni iqlimə malik qapalı ekosistemlərin yaradılması və yaşayış üçün əlverişli planetlərə miqrasiya.

Alimlər düşünür ki, miqrasiya üçün bir milyard il vaxtımız olsa da, hazırlıqlar indi başlamalıdır.

Poliqon.info

Seçilən
1
poliqon.info

1Mənbələr