Dünya Bankı (DB) neftin qiyməti ilə bağlı proqnozunu endirib.
Bizim.Media bu barədə Banka istinadən xəbər verir.
Bildirilib ki, 2025-ci ildə Brent markalı neftin orta qiymətinin 64 ABŞ dolları/barel olacağı proqnozlaşdırılır. Bu da 2024-cü illə müqayisədə təxminən 17 dollar azdır.
2026-cı ildə isə neftin orta qiymətinin 60 dollar/barel səviyyəsinə qədər aşağı düşəcəyi gözlənilir. Başqa sözlə, Dünya Bankı mart ayı ilə müqayisədə bu il üzrə neftin qiymət proqnozunu 8 dollar, 2026-cı il üzrə isə 11 dollar azaldıb. Belə ki, Bankın mart ayı üzrə proqnozu müvafiq olaraq 72 və 71 dollar təşkil edib.
Qeyd edilib ki, DB-nin yeni proqnozu artan ticarət gərginlikləri və yüksələn qeyri-müəyyənlik fonunda qlobal iqtisadi artımın zəifləməsi və bunun nəticəsində 2025 və 2026-cı illərdə qlobal neft tələbi artımının günlük təxminən 0,7 milyon barel səviyyəsinə enməsi əsas götürülərək hazırlanıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta