Barents dənizinin sularında qarışıq aviasiya korpusunun ayrı-ayrı gəmi anti-sualtı helikopter alayının Ka-27 helikopterlərinin ekipajları “Sovet İttifaqı Donanmasının Admiralı Qorşkov” freqatı ilə qarşılıqlı əlaqədə təcrübə keçiriblər.
Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir.
Məlumata görə, təlimlər planlı döyüş hazırlığı çərçivəsində keçirilib və dəniz aviasiyası ilə dəniz qruplarının açıq dənizdə qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsinə yönəlib.
Qeyd edilib ki, Ka-27M və Ka-27PS helikopterlərinin ekipajları Barents dənizində hərəkətdə olarkən freqatda uçuş və eniş məşqləri keçirib, həmçinin aviasiya qrupu ilə gəminin naviqasiya və rabitə sistemlərini sınaqdan keçiriblər. Şimal enliklərində uçuşların təhlükəsizliyinə xüsusi diqqət yetirilib. Yerə enməzdən əvvəl helikopter pilotları yaxınlaşaraq gəmiyə olan məsafəni vizual olaraq müəyyənləşdiriblər. Daha sonra helikopter göyərtənin üstündə uçur və hava şəraitini, küləyin istiqamətini və gəminin kursunu nəzərə alaraq yerə enir.
Uçuşlarda gənc helikopter pilotları da iştirak edib. Onların arasında gəmiyə ilk dəfə enənlər də olub.
“Helikopterin gəmiyə ilk enişi məsuliyyətli hadisədir. Bu, həm helikopterin heyətindən, həm də gəminin ekipajından koordinasiyalı iş tələb edir. Belə bir təlimin keçirilməsi ciddi hazırlıq tələb edir”, - helikopter komandiri İsmayıl qeyd edib.
Uçuş növbəsi altı saatdan çox davam edib. Ümumilikdə, gəmidən 40-dan çox uçuş və eniş həyata keçirilib.
Bəxtiyar CƏFƏRLİ