AZ

Vida yaxınlaşır

“Səbail” Azərbaycan Premyer Liqasında 32 turdan sonra 21 xalla 10 komanda arasında sonuncudur.

“Dənizçilər” sona 4 qalmış 9-cu pillədəki “Kəpəz”dən 7 xal geridədir. Bu mövsüm uğursuz nəticələrlə, iki baş məşqçi dəyişikliyi ilə yadda qalan (Şahin Diniyev, Cavid Hüseynov) Bayıl klubunun yeni mövsümdə I Liqada olmaq ehtimalı böyükdür. Belə ki, komanda növbəti turda “Şamaxı”ya məğlub olsa və rəqibi “Kəpəz” “Neftçi”yə qalib gəlsə, onların elitanı tərk edəcəyi dəqiqləşəcək. Düzdür, indiki məqamda “Səbail”in qələbəsinin real olmadığı kimi “Kəpəz”in də “Neftçi”yə üstünlük qurması inandırıcı görünmür. Demək olar, “Səbail”in taleyi 34-cü turda – “Zirə” ilə ev oyununda müəyyənləşəcək.

Ümumiyyətlə, “Səbail” son mövsümlərdə pis nəticələrlə yadda qalır. 2019/20 mövsümündə avrokuboklarda mübarizə aparan “dənizçilər” həminilki məğlubiyyətlərdən sonra demək olar, özünə gələ bilmir. Son iki mövsümdə isə elitada qalmaq mübarizəsi verən “dənizçilər”in bu dəfə Premyer Liqaya vidası uzaq deyil. Azından təqvim bunun xəbərçisidir:

“Səbail”in növbəti oyunları:

Şamaxı – Səbail
Səbail – Zirə
Neftçi – Səbail
Səbail – Sumqayıt.

“Səbail” bu matçlarda iki dəfə məğlub olsa, “Kəpəz”in nəticələrindən asılı olmayaraq elita ilə vidalaşacaq.

Şahin Cəfərov

Seçilən
3
futbolpress.az

1Mənbələr