Şimali Koreya yeni hərbi gəmi – “Choe Hyon”un silah sistemlərinin ilk sınağını həyata keçirib.
Herbiand.az Koreya mediasına istinadən xəbər verir ki, sınaqlara KXDR lideri Kim Çen In şəxsən nəzarət edib.
Sınaqlar zamanı səsdənsürətli strateji qanadlı raketlərinin, taktiki ballistik raketlərinin, uçan hədəflərə qarşı 127 millimetrlik raketlərini döyüş qabliyyəti yoxlanılıb.
Ölkə başçısı Şimali Koreyanın müdafiə qabiliyyətinin artırılması üçün daha çox müasir döyüş gəmisinin inşasının vacibliyini bildirib. vurğulayıb. Kim Çen In nüvə yanacağı ilə işləyən sualtı qayıqların hazırlanması məsələsinin də gündəmdə olduğunu bildirib.
Cənubi Koreya mediasının yazdığına görə sınaqdan keçirilən hərbi sistemlər Rusiyanın analoji qurğularına oxşardır.