Yaponiyada "Nvidia"nın flaqman GeForce RTX 5090 və RTX 5080 qrafik kartlarının çatışmazlığı pərakəndə satışları yalnız yerli müştərilər üçün məhdudlaşdırmağa məcbur edib...
Poliqon xəbər verir ki, bu barədə Videocardz portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, ölkənin ən böyük pərakəndə satış şəbəkələri qiymət etiketlərində bu video kartların alınmasının yalnız Yaponiya vətəndaşları üçün mümkün olduğunu qeyd etməklə satış strategiyasını uyğunlaşdırır. Bəzi mağazalar rezidentlik statusunu təmin etmək üçün müştərilərə suallar verərək əlavə yoxlamalara müraciət edirlər.
Bu cür tədbirlər, görünür, turistlərin, xüsusən də GeForce RTX 5090-ın rəsmi olaraq mövcud olmadığı Çindən gələn turistlər tərəfindən təkrar satışının qarşısını almaq məqsədi daşıyır - orada yalnız onun "anti-sanksiya" versiyası olan GeForce RTX 5090D mövcuddur.
Çinli alıcılar video kartları fəal şəkildə ixrac edir, onları Çində yüksək qiymətlərlə satırlar, çünki onlara tələbat təkcə oyunçular tərəfindən deyil, həm də süni intellekt bazarının sürətli inkişafı ilə şərtlənir. Videokartların turistlərə satışına qoyulan məhdudiyyətin nə dərəcədə effektli olduğu bəlli deyil.
Poliqon.info