Bakıda qaydaları pozan sürücünün hərəkəti avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 3-də, paytaxtın Abdulla Şaiq küçəsində qeydə alınıb.
Belə ki, sözügedən yolda hərəkətin zolaqlar üzrə məcburiliyini bildirən 5.8.1 nişanı olsa da 10-TU-296 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü buna məhəl qoymayıb. O, düzünə hərəkət təşkil edilmiş zolaqdan sola dönərək qaydaları pozub.
Fərid